Azərbaycan ictimaiyyətinə ağır itki üzv verdi.
Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmov 14 dekabr 2011-ci il tarixində uzun sürən xəstəlikdən sonra İstanbulun Acıbadem Xəstəxanasında dünyasını dəyişdi. Ustad xanəndə Qədir Rüstəmov həm də “Əlillər Dünyası” qəzetinin Redaksiya Heyətinin və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin üzvü idi.
Biz Azərbaycandan kənarda yaşayan vətənsevərlər, bu ağır xəbərdən çox kədərləndik. Qədir Rüstəmov sanki, doğulub boya-başa çatdığı vətənimizin ürəyi olan, düşmən tapdağında qalmış Qarabağın, Ağdamın dərdini o çəlimsiz, balaca vücuduna hopdurmuşdu. Onun yaratdığı “Sona Bülbüllər” mahnısı Xan əminin “Şuşanın dağları”, Seyid Şuşinskinin “Segahi” kimi xalqımızın tarixi yaddaşına həkk olunmuşdur.
Biz İsveçdə yaşayan bir qrup həmvətənimizin adından xalqımıza başsağlığı verərək, bu böyük sənətkarın vəfatından kədərləndiyimizi bildiririk. Mərhumun ailəsinə Allahdan səbr diləyirik.
Allah rəhmət eləsin, yeri behiştlik olsun!
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD