“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihəsinin birinci mərhələsi başa çatmışdır.
Birinci mərhələ ərzində İctimai Birlik 14 saylı CÇM-da cəzaçəkən məhbuslarla görüş keçirmiş, onların və ailələrinin problemləri ilə maraqlanmışdır. Bu problemlərin həlli üçün İctimai Birliyin əməkdaşları məhbusların ailə ilə telefon əlaqəsi saxlamış və ailələrdə olmuşlar. Hazırda da bu problemlərin həlli istiqamətində işlər davam etdirilir. Həmçinin birinci mərhələdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən əlil məhbusların maarifləndirilməsi məqsədilə İctimai Birlik “Əlil məhbuslar üçün qanunlar toplusu” adlı maarifləndirmə kitabını nəşr etdirmişdir. Kitabda Avropa penitensiar qaydaları, “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”, “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin manevr fondu yaşayış sahəsi ilə təmin olunma qaydası və həmin müvəqqəti yaşayış yerlərində yaşamaq müddətinin artırılmasının müstəsna halları”, “Təhlükəli yoluxucu xəstəliklərin siyahısı”,“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Vərəmlə mübarizə haqqında,” “ Tibbi-sosial ekspert komissiyaları haqqında” “Əlilliyin müəyyən olunması meyarlarına dair”, ABŞ –da əlil məhkumların hüquqları və digər milli və beynəlxalq səviyyəli qanunlar və əsasnamələr toplanmışdır. Kitab maarifləndirmə məqsədilə CÇM-larda və eləcə də digər yerlərdə keçiriləcək tədbir iştirakçılarına paylanacaq.
Qeyd etmək istəyirik ki, layihə uğurla davam etdirilir.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD