Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in (BƏC İB) həyata keçirdiyi “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə zamanı məcburi köçkün, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Zakir Musayev İctimai Birliyə müraciət etmişdir. İctimai Birliyin əməkdaşları bu günlərdə Zakir Musayevin ailəsində olmuş, problemləri ilə tanış olmuşlar. Zakir Musayev bildirib ki, 2 övladı azadlıqdan məhrum edilib və hər ikisinin də səhhətində ciddi problem yarandığından müalicələrinə köməklik göstərməyi "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-dən xahiş edib.
BƏC İB Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edərək hər iki gəncin səhhətindəki ciddi problemləri nəzərə alaraq onların həkim müayinəsindən keçirilməsinə və xəstəxana şəraitində müalicə almalarına köməklik göstərməyi xahiş etmişdir.
Mətbuat Xidməti
17.03.2022
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD