Məlumat üçün bildiririk ki, 2011-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi arasında imzalanmış Tədbirlər Planına əsasən ötən il Cəzaçəkmə Müəssisələrində müxtəlif tədbirlər həyata keçirilmişdir. .
Penitensiar Xidmətlə İctimai Birlik arasında 2012-ci il üçün yenidən imzalanmış “Cəza çəkən əlil insanların problemlərinin həlli istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, bu sahədə müvafiq maarifləndirmə işinin aparılması və cəmiyyətə inteqrasiya olunmalarında köməklik göstərilməsi məqsədilə keçiriləcək seminar-treninqlərə dair” adlı Tədbirlər Planına müvafiq olaraq 12 yanvar 2012-ci il tarixində ƏN PX-nin 9 saylı Cəzaçəkmə Müəssisəsində “Əlil məhkumların sosial hüquqlarının həyata keçirilməsi istiqamətində maarifləndirmə işinin aparılması” mövzusunda görüş keçirilmişdir. .
Cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkumlardan 5 nəfəri müxtəlif qruplu əlilliyi olan insanlardır. .
Tədbirdə 5 nəfər əlilliyi olan məhkumlar, “Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin sədri Tahir Xudiyev, Birliyin İdarə Heyətinin üzvü Məlahət Abdullayeva, PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru Əli Nəbiyev, 9 saylı CÇM-nın əməliyyat rejimi üzrə rəis müavini, polkovnik-leytenant Qaçay Aslanov, Tərbiyə işinin təşkili bölməsinin rəisi, kapitan Sənan Əşrəfov, Mühasibat bölməsinin rəisi, baş-leytenant Elvin Əhmədov iştirak etmişlər. .
Tədbirdə mövzu ilə əlaqədar Tahir Xudiyev, Əli Nəbiyev, Qaçay Aslanov çıxış etdilər. .
Mövzu ilə əlaqədar əlil məhkumlarla söhbət aparılmışdır. Söhbət zamanı əlil məhkumları maraqlandıran suallar, onların söylədikləri problem və çətinliklər dinlənilmiş və həmin problem və çətinliklərin mövcud qanunvericilik çərçivəsində həlli barədə onlarla maarifləndirmə işləri aparılmışdır. Məhkum, Astara rayonunda anadan olmuş Cəfərov Kamran Asəf oğlu 2011-ci ilin iyul ayından 3-cü qrup əlildir. Məhkumun dediyinə görə, o vaxtdan bu günədək əlilliyə görə təqaüd almayıb. Məhkum Muradov Fərman Məzahim oğlu 1988-ci ildən 2-ci qrup gözdən əlildir. 3-4 ay pensiya alıb. Sonra tutulub. Söylədiyinə görə, bütün sənədləri itib, amma arxivdə var. Məhkum deyir ki, özü bu məsələ ilə bağlı indiyədək heç yerə müraciət etməyib. .
Digər məhkum Nəcəfov Mais Fazil oğlu 1995-ci ildən təqaüddədir. 2-ci qrup ömürlük Qarabağ müharibəsi əlilidir. Prezident təqaüdçüsüdür. 5 nəfər ailə üzvü var. Atası da 1-ci qrup əlildir. M.Nəcəfovun söylədiyinə görə, 2011-ci ilin fevral ayında möhtərəm Prezidentimiz Qarabağ müharibəsi əlili kimi onun ailəsinə Pirallahı adasında ev verib. May ayında isə Mais Nəcəfov həbs olunub. Dediyinə görə, ailəsi onlara verilən evin orderini itirib. M.Nəcəfov oğlunun həqiqi hərbi xidməti başa vurub qayıtdıqdan sonra işsiz olduğu üçün onun işlə təmin olunmasına köməklik göstərilməsini və arxivdən evlərinin orderinin surətinin alınmasında köməklik göstərilməsini xahiş etdi. .
Əlil-məhkumlar bu tədbirdən məmnun qaldıqlarını bildirmişlər. .
Sonda 9 saylı CÇM-nın əməliyyat rejimi üzrə rəis müavini, polkovnik-leytenant Qaçay Aslanov çıxış edərək təşəkkürünü bildirmiş, bu tədbirin keçirilməsinin İctimai Birlik tərəfindən CÇM-nın işinə bir növ dəstək olduğunu, məhkumların problemlərinin həlli yollarının birlikdə axtarılmasının təqdirəlayiq iş olduğunu söyləmişdir..
Tədbirlər Planına müvafiq olaraq ƏN PX ilə birgə bu səpkidə görüşlər mütəmadi olaraq davam etdiriləcək və əlil məhkumlarla bağlı müəyyən problem və çətinliklər ictimai nəzarətə götürüləcəkdir.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD