PRESS-RELİZ Mətbuat Konfransı

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihəsini həyata keçirir.
Layihənin həyata keçirilməsində əsas məqsəd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir.

Layihə çərçivəsində İB-in əməkdaşları indiyədək 14, 4, 7, 10 Cəzaçəkmə Müəssisələrində olmuş, əlil məhkumların ailələrində olan problemləri qeydiyyata götürmüşdür. İB-in əməkdaşları bu yaxınlarda bir neçə məhbus ailələrində olmuş, onların problemləri ilə yaxından tanış olmuşdur.

Məlumat üçün bildiririk ki, 22 iyun 2012-ci il tarixində saat 12.00-da “Səs” İnformasiya Agentliyində həmin layihənin gedişinə həsr edilmiş Mətbuat Konfransına keçiriləcək. Ünvan: Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi-32.

Mətbuat Konfransında dövlət təşkilatları, ictimaiyyət, KİV və QHT-lərin nümayəndələrinin, həmçinin sosial problemlərinin həllinə dəstək verilmiş məhkum ailələrinin üzvlərinin iştirakı nəzərdə tutulur.

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union