QHT-dən növbəti tədbir

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti yalnız layihə çərçivəsində deyil, layihədən kənar vaxtlarda da əlilliyi olan insanların, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin sosial problemlərinin həllində daima köməklik göstərir, haqqlarının, hüquqlarının müdafiəsi ilə məşğul olur, lazım gəldikdə ictimai vəkillik də edir.

Hər il oldugu kimi bu il də, hər iki təşkilat Məhərrəm ayında  “Xudafərin” sarayında ehsan süfrəsi vermişdir.

Məclisi hər iki təşkilatın rəhbəri Tahir Xudiyev açaraq, islam dininin dostluq, həmrəylik, qardaşlıq dini olduğunu qeyd etdi, Azərbaycanda aparılan tolerantlıq siyasətinin bu məclisdə də öz əksini tapdığını bildirdi. Belə ki, məclisdəkilər arasında dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələri iştirak edirdilər. Məclisi dualarla davam etdirən  Hacı Musa, Hacı Yusif  dinimizin özəlliyindən  danışdılar və qeyd etdilər ki, belə tədbirlərin keçirilməsi müasir gənclərin düzgün tərbiyəsində mühüm rol oynayır.

Türkiyə Səfirliyinin Dini Hizmətlər müşaviri Kamil Günəş fiziki qüsurun insanların həyatda  layiqli yer tutmasında əngəl olmadığını vurğuladı. “Əngəllik insanın qəlbində olmasın, fiziki qüsur əngəl deyil”-söylədi.

Kamil Günəşin sözünə dəstək olaraq,  “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvü,  hər iki ayağından 1-ci qrup əlil olan Saleh Əzizli və 1-ci qrup əlil olmasına baxmayaraq 10 kitab müəllifi olan Rasim Gəncəli doğrudan da fiziki qüsurun onların cəmiyyətdə müəyyən mövqeyə çatmalarına mane olmadığını söylədilər.

“Beynəxalq Əlillər Cəmiyyəti” İB-in sədr müavini, AMEA-nın  aparıcı elmi işçisi, elmlər doktoru Mir Müstəqil Ağayev, AZTV-nin redaktoru Zərnişan Azayeva, “Bacarıqlı Əllər Dünyası” İB-in sədri Azadə Məmmədova, “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İB-in sədri Çiçək Qəzənfərqızı, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev məclisin belə yüksək səviyyədə təşkil olunmasında əziyyət çəkən İctimai Birliyin və qəzetin kollektivinə öz təşəkkürlərini bildirdilər. Başda sədr Tahir Xudiyev olmaqla daima əlilliyi olan insanlarla bağlı müxtəlif səpkili tədbirlər həyata keçirən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in kollektivinə uğurlar arzuladılar.

Məclisdə bütün kateqoriyadan olan əlilliyi olan insanlar - Qarabağ müharibəsi əlilləri, anadangəlmə və digər səbəbdən əlil olmuş insanlar, şəhid ailələrinin və Milli Qəhrəmanların ailə üzvləri, dövlət və xarici təşkilatlar, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirdilər. Həmçinin İctimai Birliyin respublikanın müxtəlif rayonlarında yaşayan üzvlər də xüsusi olaraq bu tədbirə qatılmışdılar.

Məclisin sonunda Tahir Xudiyev söz alaraq əlilliyi olan insanlara göstərdikləri diqqət və qayğıya görə “Xudafərin” sarayının rəhbərliyinə və kollektivinə dərin minnətdarlığını bildirdi.

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union