Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirən “Beynəlxalq Əlillər Cəmiyyəti" İB (BƏC İB)-in əməkaşları-layihə rəhbəri Tahir Xudiyev, BƏC İB-in Qarabağ Regionu üzrə Nümayəndəliyinin rəhbəri, Qarabağ müharibəsi veteranı, layihənin eksperti Həsənağa Bayramov və BƏC İB-in üzvü, 2-ci qrup əlil, tibb xidməti polkovniki, Qarabağ müharibəsi veteranı İlham Sadıqov bu dəfə Tərtər şəhərərində olmuşlar. Onlar 2-ci qrup Qarabağ müharibəsi əlili, təqaüddə olan polis əməkdaşı Əliş Cümşüd oğlu Əliyevin müraciəti əsasında onunla görüşərək problemləri ilə maraqlanmışlar. Əliş Əliyev ürək xəstəliyindən uzun müddətdir ki, əziyyət çəkir. Həkim rəyinə əsasən ona təcili əməliyyat lazımdır. Maddi imkanı olmadığından BƏC İB-ə müraciət edərək köməklik göstərməyi xahiş etmişdir.
Əliş Əlyev onu da bildirdi ki, nə rəsmi, nə də şifahi şəkildə heç bir yerə müraciət etmədən dövlət tərəfindən ona öz həyətində iki otaqlı, tam təmirli fərdi yaşayış evi tikilmişdir. Bu diqqət və qayğıdan çox məmnun olduğunu bildirmiş, möhtərəm Prezidentimizə təşəkkürünü çatdırmağı BƏC İB və “Türk Dünyası Turan Düşüncə Mərkəzi”indən xahiş etmişdir.
Bir daha bildiririk ki, layihənin icrası zamanı bütün kateqoriyadan olan əlilliyi olan şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslər və döyüşçülər, şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilir, həlli istiqamətində işlər aparılır, onlara psixoloji xidmət göstərilir, eləcə də onlarla maarifləndirmə işləri aparılır. İndiyədək 10-larla insanlara köməklik göstərilib, onların problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib. Eləcə də layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da maarifləndirmə məqsədi ilə onlara təqdim olunur.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD