Səfər təəssüratları

Səfər təəssüratları
Səfər təəssüratları
Səfər təəssüratları
Səfər təəssüratları
Səfər təəssüratları
Səfər təəssüratları

Əvvəlcədən məlumat verdiyimiz kimi, 24-26 avqust 2017-ci il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində sağlamlıq imkanları məhdud gənclərin "Hədsiz imkanları olan həyat" (“Жизнь безграничных возможностей") adlı VII Yaradıcılıq Festivalı keçirilib. Festivala respublikamızdan yeganə olaraq "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in üzvləri dəvət olunmuşdur. Səfərdən yenicə qayıtmış nümayəndə heyətinin rəhbəri, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyev söhbətimizdə bunları söylədi:

 -Sağlamlıq imkanları məhdud istedadlı gənclərin "Hədsiz imkanları olan həyat" adlı VII Yaradıcılıq Festivalına qarşılıqlı əməkdaşlıq etdiyimiz Moskva Dövlət Humanitar-İqtisad Universiteti (MDHİU) tərəfindən dəvət almışdıq. İB-in heç bir yerdən maliyyə mənbəyi olmadığından  "AZAL Hava Yolları"  və Azərbaycan Dəmir Yolları" QSC-yə güzəştli bilet üçün, eləcə də respublikamızda fəaliyyət göstərən müxtəlif böyük şirkətlərə və imkanlı iş adamlarına İdarə Heyətinin qərarı ilə yol xərcinin təminatı üçün rəsmi müraciət etsək də, təəssüf ki, heç bir yerdən dəstək olunmadı.

            

Odur ki, festivala gedən nümayəndə heyətimizin çox böyük çətinliklə əldə etdiyi maliyyə vəsaiti hesabına bu səfər gerçəkləşdi. Yanacaq xərcini ödəməklə İB-in hüquqşünaslarından biri, təqaüddə olan sabiq prokurorluq orqanının əməkdaşı,  əlil Əli Mahmudov öz şəxsi minik avtomobili ilə bizi Moskvaya aparıb-gətirməyi təmənnasız olaraq öhdəsinə götürdü.

           

Festivalın təşkilatçıları  tərəfindən çox böyük ehtiramla qarşılandıq.

         

   Festivalı giriş sözü ilə Universitetin rektoru, festivalın təşkilat komitəsinin sədri, professor Vaqif Bayramov açdı. Qonaqları səmimi salamlayan rektor Azərbaycandan gələn nümayəndə heyətimizi də salamladı və iştirak etdiyimiz üçün xüsusi təşəkkürünü bildirdi. Açılışda iştirak edən Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, MDHİU-nin Yardım Fondunun üzvü, gözdən əlil, Diana Qurskaya çıxış etdikdən sonra Vaqif Bayramovla birgə məxsusi olaraq bizim nümayəndə heyətinə yaxınlaşaraq öz ehtiramını bildirdi.

            Festivalda 15-20 yaş arası sağlamlıq imkanları məhdud tələbələr, Rusiyada və xarici ölkələrdə fəaliyyət göstərən sağlamlıq imkanları məhdud gənclər təşkilatlarının nümayəndələri iştirak edirdilər. Onlar müxtəlif yaradıcı istiqamətlər üzrə vokal, instrumental, rəqs nümunələri ilə çıxış etdilər.

            "Beynəlxalq Əlillər Cəmiyyəti"nin üzvlərindən ibarət nümayəndə heyətimizin ifasında milli "Qaval rəqsi", "Million qızlıl gül" adlı səhnələşdirilmiş musiqili kompozisiya və dünyalarca məşhur həmyerlimiz M.Maqomayevin "Mavi əbədiyyət" (Sinyaya veçnost") mahnısı bütün iştirakçılar və fəxri qonaqlar tərəfindən böyük alğışlarla qarşılandı.

            İB-in üzvü, hazırda MDHİU-nin tələbəsi olan 2-ci qrup əlil Ümid Cümşüdovun əl işlərindən ibarət sərgisi də Universitet tərəfindən təşkil olundu və onun ustad dərsi keçirildi.

            Nümayəndə heyətimizin  tərkibində olan İB-in üzvü, 1-ci qrup əlil  Cavid Həsənlinin rəsm əsərləri də festivalda müvafiq nominasiya üzrə nümayiş olundu.  O, əsərlərindən birini "Beynəlxalq Əlillər Cəmiyyəti" adından xatirə hədiyyəsi kimi Rusiya Federasiyasının Elm və Təhsil Nazirinin birinci müavini Pereverzeva Valentina Viktorovnaya təqdim etdi. İB-in üzvlərinin çıxışları xanım Pereverzevada həddən artıq böyük xoş təəssürat yaratdığı üçün o, özünün şəxsi əşyasını rəssam, 1-ci qrup əlil Cavid Həsənliyə bağışlayaraq iştirakçılar qarşısında heyranlığını ifadə etdi. Xanım Pereverzeva sadəliyi, sağlamlıq imkanları məhdud insanlara olan səmimi münasibəti ilə hamıya xoş təsir bağışladı. Ələlxüsus da Azərbaycandan gələn nümayəndə heyətinə qarşı olan xüsusi hörmət və rəğbəti bizi sevindirdi.

            Ümumiyyətlə, nümayəndə heyətimizin festivaldakı iştirakı və çıxışı çox böyük maraq və sevgi ilə qarşılandı. Səmimi keçən şəxsi görüşlərdə hər bir festival iştirakçısı da öz ehtiramını və sevgisini gizlətmirdi.

            Festivalın fəxri qonaqları sırasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Paralimpiya oyunları çempionu, əməkdar idman ustası Mixail Borisoviç Terentyev, Metroqorodok rayonunun icra başçısı Mixail Vladimiroviç Dovbnya da var idi.

            Festivalın nəticələrinə görə İctimai Birliyimiz və festivalda iştirak edən üzvlərimiz- kiçik rəqqasələr Nərgiz Əliyeva və Nisə Bağırlı, rəssam, 1-ci qrup əlil Cavid Həsənli, müğənni Kamil Ağazadə, stilist Sevinc Xudiyeva RF Elm və Təhsil Nazirliyinin, eləcə də Moskva Dövlət Humanitar-İqtisad Unuversitetinin təşəkkürnamələri ilə təltif olundular. Universitetin azərbaycanlı tələbəsi, İctimai Birliyimizin  üzvü, 2-ci qrup əlil Ümüd Cümşüdovun vətənimizi layiqincə təmsil etməsi xüsusi qeyd olundu və o da təşəkkürnamə ilə təltif edildi.

            Yol boyu və festivaldan sonra fiziki qüsurlu üzvlərimiz Rusiyanın müxtəlif şəhər və qəsəbələrinin, o cümlədən Moskava şəhərinin görkəmli tarixi yerləri ilə tanış oldular. Bu da uşaqların dünyagörüşünün artmasına səbəb oldu.

            Festival 26 avqust tarixində uğurla başa çatdı və biz Azərbaycanımızı və İctimai Birliyimizi layiqincə təmsil etmiş nümayəndə heyətimizlə birlikdə vətənə qayıtdıq.

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union