Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İB 01.09.2020 - 01.11.2020-ci il tarixləri ərzində "İmtiyazlı şəxslərin sosial problemlərinin həllinə ictimai dəstək mövzusunda maarifləndirmə tədbirlərinin təşkili" adlı layihənin həyata keçirilməsinə başlayıb. Layihə zamanı mövcud koronavirus pandemiyası ilə əlaqədar olaraq imkansız ailələrin ərzaqla təmin edilməsi, pandemiya ilə bağlı yalnış məlumatlardan panikaya düşməmək üçün onlarla maarifləndirmə işlərinin aparılması, psixoloji dəstək göstərilməsi, həmçinin öz müraciətləri əsasında onların digər sosial problemlərinin həlli istiqamətində işlər görülməsi nəzərdə tutulur. Görüləcək işlər barədə mütəmadi olaraq Şuraya məlumat veriləcək və KİV-lərdə yazılar dərc olunacaq.
Mətbuat xidməti
02.09.2020
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD