"Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Əlil uşaqların məktəbəqədər müəssisələrdə, xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilə cəlbi vəziyyətinin monitorinqi" layihəsi çərçivəsində 17 may 2011-ci il tarixində Tağıyev qəsəbəsindəki 19 saylı məktəbin konfrans zalında Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə geniş tədbir keçirmişdir. Tədbir monitorinq çərçivəsində maarifləndirmə məqsədilə təşkil edilmişdir. Tədbirdə 50 nəfərə yaxın valideynlər, müəllimlər, kənd ictimaiyyətinin nümayəndələri, məktəb və məktəbəqədər müəssisələrin rəhbərləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Tağıyev qəsəbəsi üzrə nümayəndəsi Nəsir Rzayev açmışdır. "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyinin sədri Tahir Xudiyev layihənin məqsədi və vəzifələri haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.
"Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyinin təhsil üzrə eksperti Nizami İsmayılov əlil uşaqların təhsili ilə əlaqədar görülmüş işlər, yaradılmış hüquqi-milli qanunvericilik bazası haqqında, habelə əlil uşaqların təhsilinin spesifik xüsusiyyətləri və monitorinq zamanı bu sahədə aşkar edilmiş faktlar barəsində danışdı.
Tağıyev qəsəbəsi 19 saylı orta məktəbin direktoru Rafael Zeynalov, Tağıyev qəsəbəsi 40 saylı orta məktəbin direktoru Ofeliya Quliyeva, Tağıyev qəsəbəsi 3 saylı uşaq bağçasının müdiri Mətanət Əzizova, Tağıyev qəsəbəsi 58 saylı uşaq bağçasının müdiri Gülnaz Cəfərova, müəllimlər Güllü Məmmədova, Məhbubə Tamiyeva əlil uşaqların inkluziv və fərdi təhsili ilə bağlı öz fikir və mülahizələrini bildirmişlər. Sonra layihə və onun icrası ilə əlaqədar İctimai Birliyin əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və əlil uşaqların valideynləri arasında geniş fikir mübadiləsi aparılmışdır.
Tədbirin sonunda "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi tərəfindən layihə çərçivəsində nəşr edilmiş əlil uşaqların təhsilinə dair milli qanunvericilik sənədlərinin əks olunduğu "Sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu" adlı kitab məktəb və bağça rəhbərlərinə, müəllimlərə, eyni zamanda valideynlərə paylandı və evdə fərdi təhsilə cəlb edilmiş əlil uşaqlara İctimai Birlik tərəfindən dərs ləvazimatlarından ibarət kiçik hədiyyələr təqdim edildi.
Layihənin rəhbəri, "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyinin sədri Tahir Xudiyev tədbiri yüksək səviyyədə təşkil etdiyinə və monitorinqin həyata keçirilməsinə diqqət və qayğı göstərdiyinə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova Birliyin əməkdaşları adından minnətdarlığını bildirdi.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Tağıyev qəsəbəsi üzrə nümayəndəsi Nəsir Rzayev belə bir xeyirxah və humanist tədbirin məhz Tağıyev qəsəbəsində keçirilməsinə, habelə əlil uşaqların təhsili ilə yaxından maraqlandıqlarına görə, eyni zamanda bu sahədə geniş maarifləndirmə və izahat işlərinə görə "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyinə öz təşəkkürünü bildirdi və gələcəkdə Sumqayıt Şəhəri İcra Hakimiyyəti, onun yerli orqanları ilə "Beynəlxalq Əlilər Dünyası" İctimai Birliyi arasında əlil uşaqların təhsili və onların sosial müdafiəsi ilə bağlı mütəmadi əlaqələr aparılacağını bildirdi.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD