Azərbaycan Respublikasının Prezidenti yаnında Qeyri-Hökumət TəşkilatВ¬larına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi 01.04.2011-ci ildən 01.08.2011-ci il tarixinədək "Əlil uşaqların məktəbəqədər müəssisələrdə, xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilə cəlbi vəziyyətinin monitorinqi" adlı layihə həyata keçirir.
22 iyun 2011-ci il tarixində saat 11.00-da Xaçmaz rayonu Xudat Şəhəri İnzibati Ərazi Vahidliyinin binasında "Əlil uşaqların məktəbəqədər müəssisələrdə, xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilə cəlbi vəziyyətinin monitorinqi" adlı layihə çərçivəsində Xudat Şəhəri İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə maarifləndirmə tədbiri keçirilmişdir. Tədbiri Xudat Şəhəri İnzibati Ərazi Vahidliyinin sədri (Xudat Şəhəri İcra Hakimiyyətinin başçısı) Murad Hacızadə açaraq tədbirin məqsədi barədə məlumat vermiş və əlil uşaqların təhsili ilə bağlı "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyinin qaldırdığı təşəbbüsü yüksək qiymətləndirmişdir. Sonra Birliyin sədri, layihənin rəhbəri Tahir Xudiyev layihənin məqsəd və vəzifələri haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş və monitorinqin keçirilməsinə yüksək səviyyədə dəstək verdiyinə görə Xudat Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə və onun əməkdaşlarına minnətdarlığını bildirmişdir. Sonra Birliyin təhsil üzrə eksperti Nizami İsmayılov əlil uşaqların təhsili ilə əlaqədar milli qanunvericilik sənədləri, bu ərazidə aparılmış monitorinq zamanı əlil uşaqların təhsili ilə bağlı nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması yolları, əlil uşaqların təhsili sahəsində valideynlərin, yerli icra hakimiyyəti orqanlarının hüquq və vəzifələri barədə geniş məlumat vermişdir.
Xudat Şəhəri İcra Hakimiyyətinin əməkdaşlarından Teyyub Balabəyov, Kubra Əlibəyova, Nailə Şıxmuradova, Firəngiz Tarıverdiyeva layihə ilə əlaqədar öz rəy və təkliflərini bildirmişlər.
Tədbirin sonunda layihə çərçivəsində İctimai Birlik tərəfindən nəşr edilmiş "Sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu" adlı kitab şəhər icra hakimiyyətinin əməkdaşlarına təqdim edilmişdir. Tədbiri Xudat Şəhər İcra Hakimiyyətinin başçısı Murad Hacızadə yekunlaşdırmış, əlil uşaqların təhsili ilə bağlı müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün ciddi tədbirlər görəcəyini və bu sahədə İctimai Birliklə müntəzəm əlaqə saxlayacaqlarının bildirmişdir
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD