Tolerantlıq nümunəsi

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinin kollektivi 22 dekabr tarixində bir neçə xeyriyyəçi Hacıların dəstəyi ilə İmam Hüseynin (Ə) qırxı günü ilə əlaqədar “Xudafərin” şadlıq sarayında ehsan verdi. Məclisi hər iki təşkilatın rəhbəri Tahir Xudiyev açaraq, sözü hacılara verdi. Çıxış edən hacılar məclisin belə yüksək səviyyədə təşkil olunmasında əziyyət çəkən İctimai Birliyin və qəzetin kollektivinə öz təşəkkürünü bildirdilər. Sonra onlar tərəfindən Quran ayələri oxundu. Məclisdə bütün kateqoriyadan olan əlillər- Qarabağ müharibəsi əlilləri, anadangəlmə və digər səbəbdən əlil olmuş insanlar, şəhid ailələrinin və Milli Qəhrəmanların ailə üzvləri, dövlət və xarici təşkilatların, ictimaiyyətin nümayəndələri, ümumilikdə 150 nəfər iştirak edirdilər. Həmçinin respublikanın müxtəlif rayonlarından -Ağsudan, Lənkərandan, Naxçıvandan, Bakı kəndlərindən olan İctimai Birliyin üzvlər də xüsusi olaraq bu tədbirə gəlmişdilər.

Çıxış edənlər- Türkiyə Səfirliyi Dini Hizmətlər Müşaviri cənab Sadik Eraslan, Mətbuat Şurasının İcraçı katibi Rəhim Hüseynzadə, Ombudsman Aparatının şöbə müdiri Yeganə Cəfərova, AZTV-nin redaktoru Zərnişan Azayeva, “Hicaz” Turizmin rəhbəri Kərbəlayi Xəyyam, Hacı Nurməhəmməd, İctimai Birliyin İdarə Heyətinin üzvü, hər iki gözdən əlil, şairə Ülkər Atəş, Birliyin Novxanı Nümayəndəliyinin rəhbəri Lalə Abuzərova, müğənni Murad Sadıx məclisin yüksək səviyyəyə təşkili üçün təşəkkürlərini bildirdilər. Onlar çıxışlarında qeyd etdilər ki, təşkil olunan bu tədbir öz dini əhəmiyyətindən başqa, eyni zamanda əlillərin cəmiyyətə inteqrasiyasında böyük rol oynayır. Belə ki, onlar yeni insanlarla tanış olur, gələcək üçün planlar qurur, həyata baxışlarında müsbət dəyişikliklər yaranır, özünə qapanmadan azad olurlar.

Anadangəlmə əlil Saleh Əzizli əlillərə göstərdikləri belə qayğıya görə təşkilatçılara təşəkkürünü bildirdi və söylədi ki, bu imkanlı iş adamları və sahibkarlara da bir örnək olmalıdır.

AMEA-nın aparıcı elmi işçisi, elmlər doktoru, İctimai Birliyin sədr müavini Mir Müstəqil Ağayev öz çıxışında vurğuladı ki, məclisin təşkilinin ən önəmli cəhəti ondan ibarətdir ki, dövlətimizin din sahəsində apardığı tolerantlıq siyasəti burada öz əksini tapmışdır. Belə ki, məclisin iştirakçıları və təşkilatçıları arasında dini mənsubiyyətindən, dini məzhəbindən asılı olmayaraq, eyni zamanda xristian dininin nümayəndələri də iştirak edirdilər. İki saat keçirilməsi nəzərdə tutulduğu halda, maraqlı olduğu üçün məclis 4 saatdan artıq davam etdi.

Məclisin sonunda Tahir Xudiyev söz alaraq maliyyə dəstəklərinə görə ziyalı hacılara, “Xudafərin” şadlıq sarayının rəhbərliyi və kollektivinə dərin minnətdarlığını bildirdi və digər şadlıq sarayının rəhbərlərinə də “Xudafərin” şadlıq sarayının rəhbərlərindən nümunə götürərək belə tədbirlərin keçirilməsində fəallıq göstərməyə çağırdı.

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union