“Oxuyuram yaşamaq üçün, yaşayıram oxumaq üçün”

3 oktyabr 2011-ci il tarixində Heydər Əliyev Sarayında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Mədəniyyət və İncəsənət Şöbəsinin rəhbəri, anadangəlmə xəstəliyi ilə əlaqədar 1-ci qrup əlil, müğənni Murad Sadıxın “Oxuyuram yaşamaq üçün, yaşayıram oxumaq üçün” adlı solo konserti keçirildi. Elə ilk mahnısı ilə hamını özünə heyran edən müğənni Murad Sadıx gözəl Azərbaycan mahnıları ilə yanaşı, məşhur rus müğənnisi Aleksandr Serovun mahnılarını da yüksək səviyyədə, məharətlə ifa etdi. Konsertin aparıcısı məşhur və sevilən müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti Tünzalə Ağayeva idi.
Murad Sadıx öz məlahətli səsi ilə Azərbaycanı xarici ölkələrdə uğurla təmsil etmiş, keçirilən müsabiqələrdə mükafatlara layiq görülmüşdür. O, hətta Moskvada keçirilən yaradıcı əlillərin III Beynəlxalq festivalında “Qran-Pri” mükafatına da layiq görülmüşdür.
Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin İsveçdəki Nümayəndəliyinin rəhbəri Tahir Əsədullayev yaxın gələcəkdə İsveçdə Murad Sadıxın konsertini və Azərbaycanlı əlil rəssamların əl işlərindən ibarət sərgi təşkil etmək istiqamətində işlər aparır.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 600 nəfər əlil və imkansız ailənin üzvlərinin həmin konserti birbaşa Sarayda izləməsinə şərait yaratdığı üçün başda direktor cənab Fərhad Babayev olmaqla Sarayın bütün əməkdaşlarına təşəkkürünü bildirir.
Onu da qeyd etmək istəyirik ki, cənab Fərhad Babayev dəfələrlə təmənnasız olaraq Birliyimizin üzvlərinə Sarayda keçirilən bir çox konsertləri izləmək üçün şərait yaratmışdır.

News
background gradient

Donation information

This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.

On behalf of the community, we thank you in advance for every good thing done.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Coalitions

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union