İyirmi yanvar!
Tarix kitablarında ən dəhşətli səhifə, ən acı bir səhifə,
Qoy gələcək nəsillər faciəli gün kimi
dönə-dönə bu günü xatırlasın hər dəfə.
İyirmi yanvar! – Azadlığa gedən yol, İyirmi yanvar! – Qızıl hərflə yazılan, yaddaşlara həkk olan qəhrəmanlıq tarixi.
İyirmi yanvar! – Gecənin qaranlığı, vahiməli küçələr,
Baş götürüb, İlahi, gedir insan axını,
Bu millətin o gecə üstünə hücum çəkən
yaxınıydı, yaxını.
Bütün şəhər narahat, hamı yorğun, hüznlü,
Bakı həyəcanlıdır,
Kimə arxalanmışıq, kimə güvənmişik biz,
Qızıl Ordu gələcək, gözü yaman qanlıdır.
Vahiməli küçələr, əliyalın adamlar,
nə olacaq, bilmirik,
Birdən atəş açılır...
İlan dili çıxaran o zəhərli güllələr parçalayır gecəni,
Göyə alov saçılır...
Gecənin qaranlığı, vahiməli küçələr,
Öz haqqını istəyən, müstəqillik istəyən,
azadlığı istəyən aşiqlərin üstünə
budur, tanklar yeriyir,əzib tökür insanı,
Bu xalqın düşmənləri qana qəltan eləyir
indi Azərbaycanı.
Ölənləri daşıyıb dənizə tullayırlar,
Qatilimiz kimdi, kim? – Görənlər anlayırlar!
Xəbərləri gizlədib tərsinə söyləyirlər,
Qanımızı tökənlər bizə “qansız” deyirlər.
İyirmi yanvar! – azadlıq aşiqləri şəhid oldu o gecə,
Bu dəhşətə həmin gün xalqın oyaq gözləri
şahid oldu o gecə.
Bakı, tək sən bilirsən nələr çəkdi bu küçə!
Güllələrə bax, Allah, divarlara sancılıb,
Qoyun nişanə qalsın gələcək nəsillərə.
Əsir düşən torpaqlar hələ nicat gözləyir,
Şəhidlərin harayı yenə bizi məzardan
qələbəyə səsləyir.
İyirmi yanvar!
Tarix kitablarında ən dəhşətli səhifə, ən acı bir səhifə,
Qoy gələcək nəsillər faciəli gün kimi
dönə-dönə bu günü xatırlasın hər dəfə.
İyirmi yanvar! – Azadlığa gedən yol,
İyirmi yanvar! – Qızıl hərflə yazılan,
yaddaşlara həkk olan qəhrəmanlıq tarixi!
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD