İyirmi yanvar!

İyirmi yanvar!
Tarix kitablarında ən dəhşətli səhifə, ən acı bir səhifə,
Qoy gələcək nəsillər faciəli gün kimi
dönə-dönə bu günü xatırlasın hər dəfə.

İyirmi yanvar! – Azadlığa gedən yol, İyirmi yanvar! – Qızıl hərflə yazılan, yaddaşlara həkk olan qəhrəmanlıq tarixi.
İyirmi yanvar! – Gecənin qaranlığı, vahiməli küçələr,
Baş götürüb, İlahi, gedir insan axını,
Bu millətin o gecə üstünə hücum çəkən
yaxınıydı, yaxını.
Bütün şəhər narahat, hamı yorğun, hüznlü,
Bakı həyəcanlıdır,
Kimə arxalanmışıq, kimə güvənmişik biz,
Qızıl Ordu gələcək, gözü yaman qanlıdır.
Vahiməli küçələr, əliyalın adamlar,
nə olacaq, bilmirik,
Birdən atəş açılır...

İlan dili çıxaran o zəhərli güllələr parçalayır gecəni,
Göyə alov saçılır...
Gecənin qaranlığı, vahiməli küçələr,
Öz haqqını istəyən, müstəqillik istəyən,
azadlığı istəyən aşiqlərin üstünə
budur, tanklar yeriyir,əzib tökür insanı,
Bu xalqın düşmənləri qana qəltan eləyir
indi Azərbaycanı.
Ölənləri daşıyıb dənizə tullayırlar,
Qatilimiz kimdi, kim? – Görənlər anlayırlar!
Xəbərləri gizlədib tərsinə söyləyirlər,
Qanımızı tökənlər bizə “qansız” deyirlər.
İyirmi yanvar! – azadlıq aşiqləri şəhid oldu o gecə,
Bu dəhşətə həmin gün xalqın oyaq gözləri
şahid oldu o gecə.
Bakı, tək sən bilirsən nələr çəkdi bu küçə!
Güllələrə bax, Allah, divarlara sancılıb,
Qoyun nişanə qalsın gələcək nəsillərə.
Əsir düşən torpaqlar hələ nicat gözləyir,
Şəhidlərin harayı yenə bizi məzardan
qələbəyə səsləyir.

İyirmi yanvar!
Tarix kitablarında ən dəhşətli səhifə, ən acı bir səhifə,
Qoy gələcək nəsillər faciəli gün kimi
dönə-dönə bu günü xatırlasın hər dəfə.

İyirmi yanvar! – Azadlığa gedən yol,
İyirmi yanvar! – Qızıl hərflə yazılan,
yaddaşlara həkk olan qəhrəmanlıq tarixi!

Xəbərlər
“Beynəlxalq Əlillər Cəmiyyəti”     “Dünya” TV-nin efirindən “Biz Sizinləyik” dedi

“Beynəlxalq Əlillər Cəmiyyəti” “Dünya” TV-nin efirindən “Biz Sizinləyik” dedi

12.06.2025
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB   Agentliyin dəstəyi ilə   yeni layihəyə start verib

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Agentliyin dəstəyi ilə yeni layihəyə start verib

02.06.2025
QHT-lər şəhid anası ilə dövlət məmurları və  ictimaiyyətin görüşunu təşkil etdi

QHT-lər şəhid anası ilə dövlət məmurları və ictimaiyyətin görüşunu təşkil etdi

06.11.2024
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union