Martın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında iş adamı, xeyriyyəçi və yazıçı Əli Poladın nəfis şəkildə yeni çap olunmuş, 6 illik zəhmətin nəticəsi olan “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Əli Poladın həyat yolundan bəhs edən videomaterial nümayiş etdirildi. Gecənin aparıcısı, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov qeyd etdi ki, Əli Polad böyük və gərgin zəhmət hesabına ərsəyə gətirdiyi hər bir yeni əsəri ilə insanları düşündürür, onları kamilliyə səsləyir.
Təbrizin gələcəyi uğurunda mücadilə aparan Əziz Əliyevin xatirəsinə ithaf olunmuş “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabının təqdimat mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, İrandan gəlmiş qonaqlar da iştirak edirdilər. Təbrizə sonsuz məhəbbətindən yoğurulan, 7 fəsildən ibarət, 862 səhifəlik bu kitab beş dildə çap olunub.
Bu vaxta kimi Türkiyə, Azərbaycan, İran və Rusiyada nəşr olunan 24 kitabının hamısını təmənnasız olaraq insanlara bağışlayan yüksək mənəvi keyfiyyətə malik olan Əli Polad ənənəsinə sadiq qalaraq “Mədəniyyətlərin beşiyi: Təbriz” adlı kitabını da təmənnasız olaraq oxuculara hədiyyə etdi.
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD