“Mədəniyyətlərin beşiyi: Təbriz”

Martın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında iş adamı, xeyriyyəçi və yazıçı Əli Poladın nəfis şəkildə yeni çap olunmuş, 6 illik zəhmətin  nəticəsi olan “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabının təqdimat mərasimi keçirildi.

Tədbirdə Əli Poladın həyat yolundan bəhs edən videomaterial nümayiş etdirildi. Gecənin aparıcısı, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov qeyd etdi ki, Əli Polad böyük və gərgin zəhmət hesabına ərsəyə gətirdiyi hər bir yeni əsəri ilə insanları düşündürür, onları kamilliyə səsləyir.

Təbrizin gələcəyi uğurunda mücadilə aparan Əziz Əliyevin xatirəsinə ithaf olunmuş “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabının təqdimat mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, İrandan gəlmiş qonaqlar da iştirak edirdilər. Təbrizə sonsuz məhəbbətindən yoğurulan, 7 fəsildən ibarət, 862 səhifəlik bu kitab beş dildə çap olunub.

Bu vaxta kimi Türkiyə, Azərbaycan, İran və Rusiyada nəşr olunan  24 kitabının hamısını təmənnasız olaraq insanlara bağışlayan yüksək mənəvi keyfiyyətə malik olan Əli Polad ənənəsinə sadiq qalaraq “Mədəniyyətlərin beşiyi: Təbriz” adlı kitabını da təmənnasız olaraq oxuculara hədiyyə etdi.

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union