Mart ayının 3-də Sumqayıt şəhər Poeziya Evində yazar, 1-ci qrup əlil, "Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin (ƏSMİD) üzvü Samir İmanovun “Zəif Əzələ, Güclü İradə” adlı kitabının imza günü keçirildi.
Giriş sözü ilə tədbiri açan Poeziya evinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim İlyaslı Samir İmanovun kitabı ilə bağlı öz fikirlərini bölüşdü və ona yaradıcılıq uğurları arzuladı. Tədbirin aparıcısı şair, əməkdar jurnalist Əli Nəcəfxanlı Samir İmanovun çox güclü iradəyə məxsus olduğunu bildirdi.
Tədbirdə iştirak edən "Əlillər Dünyası" qəzetinin Baş Redaktoru və "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Sədri Tahir Xudiyev Samir İmanovun əsərlərinin əlilliyi olan insanlara mənəvi dəstək olduğu, onlarda ruh yüksəkliyi yaratdığını vurğuladı. Çıxış edənlər- Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndəsi Gülrəng xanım, Sumqayıt Təhsil şöbəsinin əməkdaşı Balayar Əliyev, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt şəhər 23 saylı orta məktəbin direktoru Reyhan Yunisova, Sumqayıt şəhər Məşğulluq Mərkəzinin nümayəndəsi Zaur Allahverdiyev, ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova və digər QHT rəhbərləri - Mətanət Əsgərqızı, Zenfira Mustafayeva, Cəmilə Abdulova, Cəsarət Hüseynzadə, Rövşən Ağamalıyev, Gəray Əlibəyov da öz ürək sözlərini söylədilər, müəllifə yaradıcılıq uğurları arzuladılar.
"Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə bir çox dövlət, media, QHT və ictimaiyyət nümayəndələri də iştirak edirdilər.
Məlahət Abdullayeva
"Əlillər Dünyası" qəzeti
06.03.2020
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD