2-ci qrup əliliyi olan məhbusun atası QHT-yə müraciət etdi

2-ci qrup əliliyi olan məhbusun atası QHT-yə müraciət etdi
2-ci qrup əliliyi olan məhbusun atası QHT-yə müraciət etdi

Məlumat verdiyimiz kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BƏC İB) “And yerimiz- Şəhidlər”! adlı layihə həyata keçirir.

Layihə zamanı vaxtı ilə Tərtər rayonu və Bakı şəhərinin Nizami rayonunda yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış  qazilərimizin tanıdılması məqsədi ilə kitab nəşr etdirilməsindən əlavə İctimai Birliyin məqsədinə və təyinatına uyğun olaraq əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə, hüquqlarının müdafiəsi ilə də məşğul olunacaq. Onu da qeyd edək ki, BƏC İB 2011-ci ildən həm də əlilliyi olan məhbusların özlərinin və onların ailə üzvlərinin sosial, tibbi probemlərinin həlli ilə məşğul olur.

Bu layihənin icrası zamanı BƏC İB-ə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin  Cəza Çəkmə Müəssisəsində cəza çəkən 2-ci qrup əlil Sadiq Musayevin atası, məcburi köçkün, Qarabağ müharibəsi veteranı Zakir Musayev dəfələrlə müraciət etmişdir. O, bildirib ki, özü 1-ci qrup əlil, həyat yoldaşı yaşlı evdar qadındır. Oğlu məhbus Sadiq Musayevin əhf olunması üçün aidiyyəti dövlət təşkilatlarına müraciət etməyi BƏC İB-dən xahiş etmişdir.

İctimai Birlik hazırda 2-ci qrup əlil məhbus Sadiq Musayevin valideynlərinin vəziyyətini və xahişini nəzərə alaraq onun əhf edilməsi üçün aidiyyəti təşkilatlara müraciət etmişdir.

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union