Agentliyin dəstəyi ilə layihə davam edir

Agentliyin dəstəyi ilə layihə davam edir
Agentliyin dəstəyi ilə layihə davam edir

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirən “Beynəlxalq Əlillər Cəmiyyəti" İB (BƏC İB) bütün kateqoriyadan olan əlilliyi olan insanların, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslərin və döyüşçülərin, şəhid ailələri və Milli Qəhrəman ailələrinin, məcburi köçkünlərin, həmçinin əlilliyi olan məhbuslar və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemlərini öyrənir, həlli istiqamətində işlər aparır, onlara psixoloji xidmət göstərir, eləcə də onlarla maarifləndirmə işləri aparır. Həmçinin layihə zamanı maarifləndirmə məqsədi ilə nəşr edilmiş “İmtiyazlı şəxslər üçün məlumat kitabı”nı onlara təqdim olunur.

Layihənin icrası zamanı BƏC İB-ə Qarabağ müharibəsi veteranı, məcburi köçkün  Hüseyn İsmayılovun ailə üzvləri müraciət edərək bildirmişlər ki, o, uzun illərdir ürək xəstəliyindən əziyyət çəkir. Hazırda yataq xəstəsidir, səhhəti çox ağır olduğundan həkim məsləhəti ilə urək ritminin düzəldilməsi üçün xüsusi aparata ehtiyacı var. Hüseyn İsmayılov “Bakı Sağlamlıq” klinikasında  dəfələrlə müalicə alıb. Həmin aparat yalnız özəl klinikalarda qoyulur. Hüseyn İsmayılovun ailəsinin isə maddi imkanları olmadığından bu əməliyyata köməklik göstərməyi BƏC İB-də xahiş etmişdir.

BƏC İB Hüseyn İsmayılovun müayinə, müalicə və əməliyyatına köməklik göstərilməsi üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və TƏBİB-ə müraciət etmişdir. BƏC İB-in müraciətindən sonra H.İsmayılov özəl klinikada müalicə olunmasından ötrü dəqiq diaqnoz qoyulması üçün hazırda Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə göndərilmişdir.

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union