Məlumat verildiyi kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti" İB (BƏC İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirir. İndiyədək imtiyazlı şəxslərin sosial, tibbi problemlərinin həlli ilə yanaşı, lazım olduqça psixoloji yardım da göstərilib.
Layihənin psixoloqu İbrahim Əsədli bu gün növbəti seasns keçirib. O, BƏC İB -ə müraciət edən məcburi köçkün Məzahir Musayevi qəbul edib. 71 yaşlı Məzahir Musayev Miokard infarkt keçirəndən sonra ürəyindən 2 dəfə qapalı əməliyyat keçirib, uzun illərdir şəkərli diabet xəstəsidir. Həyat yoldaşı 2004-cü ildən müddətsiz əlillik dərəcəsi almışdır. 2021-ci ilin mart ayından heç bir səbəb olmadan onun əlillik dərəcəsi ləğv edilib. Dəfələrlə müraciət olunsa da hələ də bərpa olunmamışdır. Məzahir Musayevin 1982-ci il təvəllüdlü böyük oğlu Əli Musayev 1-ci qrup əlildir, dializ xəstəsidir, məhkumluq həyatı yaşayır. Oğlunun həyat yoldaşı, iki yeniyetmə övladı da Məzahir Musayevin himayəsində yaşayır. Xəstə, ahıl yaşlı M. Musayev bu qədər problemlərə görə psixoloji gərginik içərisində böyük sarsıntı yaşayır. İbrahim Əsədli onu dinləmiş, lazımi məsləhətlər vermişdir. Psixoloq İbrahim Əsədlinin uğurlu metodikası nəticəsində Məzahir Musayevin vəziyyəti xeyli yaxşılaşdı, gərginliyi nisbətən aradan qalxdı. Həkim müalicə məqsədi ilə bir neçə bitki tərkibli dərman preparatı da təyin etdi. Məzahir Musayevə maarifləndirmə məqsədi ilə layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da hədiyyə edildi.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD