Dünya təbii fəlakətdən sığortalanmayıb

Dünya təbii fəlakətdən sığortalanmayıb
Dünya təbii fəlakətdən sığortalanmayıb
Dünya təbii fəlakətdən sığortalanmayıb
Dünya təbii fəlakətdən sığortalanmayıb

 Təbii fəlakətlərdən heç bir dövlət, heç bir xalq sığortalanmayıb.

Tahir Xudiyev  hündürmərtəbəli yeni binaların keyfiyyətsiz tikilməsi barədə hələ 7 il bundan öncə rəhbərlik etdiyi “Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Əlillər Dünyası” qəzeti adından aidiyyəti dövlət qurumlarına  müraciət etdiyini bildirir:

-  Hündürmərtəbəli binaların tikintisi səriştəsiz qeyri-peşəkarlara həvalə olunur, şəxsi məqsədləri naminə daha çox qazanc əldə etmək üçün, xalqın, əhalinin təhlükəsizliyini nəzərə almadan ucuz, aşağı keyfiyyətli tikinti materiallarından, müasir standarta cavab verməyən, zəlzələlərə davamsız binalar tikilir.  Bu böyük problemlərə diqqəti cəlb etmək üçün biz 7 il əvvəldən Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Respublika Baş Prokurorluğuna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmişdik. Bax bu günü öncədən gördüyümüz üçün müraciət etmişdik. Bizə başdangetdi cavablar verilirdi. Çox təəssüf ki, heç bir tədbir görülmədi və hələ də görülmür. Keyfiyyətsiz hündürmərtəbəli binalar iç-içə, bir-birinə yaxın məsafədə tikilməkdə davam edir. Möhtərəm Prezidentimizin  tövsiyyəsi ilə 10-12 mərtəbəli binaların tikilməsi əvəzinə, çox təəssüf ki, 19-20 mərtəbəli binalar yağışdan sonra göbələk kimi tikilməkdə davam edir. Heç olmasa bundan sonra binaların keyfiyyətli, zəlzələlərə davamlı, müasir standartlara cavab verən, yüksək keyfiyyətli materiallardan, 10 mərtəbədən artıq olmadan  tikilməsi üçün Azərbaycanda tərkibi xarici ölkələrdən dəvət olunan yüksək ixtisaslı, təcrübəli kardlardan ibarət müstəqil komissiya yaradılsın. 

Qardaş Türkiyə dövlətində baş verən çoxsaylı tələfata,  insanların evsiz-eşiksiz qalmasına səbəb olan, bütün dünyanı kədərə qərq edən dəhşətli  zəlzələ hər yerdə baş verə bilər, heç bir dövlət, xalq təbii fəlakətlərdən sığortalanmayıb.

Təbii fəakətdən çox insanları keyfiyyətsiz tikilmiş binalar öldürür.

Məlahət Abdullayeva

"Əlillər Dünyası" qəzetindən

09.02.2023

Xəbərlər
background gradient

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union